Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“YAŞAT” Fondu şəhid anasının müalicə xərclərini və bank borcunu ödədi - Video
“YAŞAT” Fondu şəhid anasının müalicə xərclərini və bank borcunu ödədi - Video

Qarabağ uğrunda gedən döyüşlər bizi yenidən biz etdi, bizi oyatdı, bizi birləşdirdi və dahası. Müharibə dövründə birlik və bərabərlik göstərdik. Və bu sadəcə müharibə dövründə qalmadı, müharibə sonrasında da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan vətən övladlarının bizlərə əmanət etdiyi ailələrinə diqqət və qayğı davam edir.

İkinci Qarabağ müharibəsindən sonra yaradılan "YAŞAT" Fondu qazilərimizə və şəhid ailələrinə xüsusi diqqət ayırır, onların problemlərinin həllində müstəsna rol oynayır.

Bizimyol.info xəbər verir ki, Qəhrəmanovlar ailəsi də xüsusi diqqət göstərilən şəhid ailələrindən biridir. Vətən uğrunda canından keçən topçu şəhid Orxan Qəhrəmanovun ailəsinin çətin günlərində "YAŞAT" Fondu dəstək olub. Şəhid anası Arzu Qəhrəmənova qeyd edib ki, səhhətində yaranan problemlə bağlı aldığı müalicənin xərclərini və bank borcunu "YAŞAT" Fondu qarşılayıb.

Bayramlarda dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri Qəhrəmanovlar ailəsini ziyarət edib. Dövlət qurumlarının xüsusi diqqət və dəstəyini görmək dpvlətin varlığını və cəmiyyətə yaxınlığını hiss etdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »