Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...

Sosial şəbəkələrdə yayılan məlumata görə, Zəngəzurdakı son gərginlikdən sonra Azərbaycan və Ermənistan arasında müqavilə üzərində iş gedir.

Rəsmi təsdiqini tapmamış xəbərlərə görə müqavilənin ilkin şərtləri əsasında Azərbaycan Ordusunun öz sərhədlərinə doğru bir qədər çəkiləcəyi təqdirdə, Ermənistanın qanunsuz qüvvələri Qarabağdan tamamən çıxacaq, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarəti altına keçəcək; Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi bizə qaytarılacaq, Zəngəzur rayonundan Naxçıvan dəhlizi açılacaq, Ermənistan bu müqavilədəki şərtləri iki həftə içində həyata keçirməlidir. Və hətta bu gündən Zəngəzur dəhlizində işlərin başlamasına Ermənistan razılıq verməyə məcbur olub.

Siyasi şərhçi Əziz Əlibəyli bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bu informasiyanın hansı mənbədən hansı əsaslarla yayılması barədə məlumat yoxdur.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Hazırda Ermənistanla Azərbaycan tərəfinin bu istiqamətdə apardıqları danışıqların bir neçə dəqiq predmeti var. Brincisi, Naxçıvanla dəhlizin çəkilməsində Ermənistan problemlər yaradır, bu həll olunmalıdır. İkincisi, Ermənistan hərbiçilər bölgədən çıxmalıydı, çıxmayıblar. Bu məsələlər üzərində biz Ermənistandan konket addımların atılmasıı gözləyirk. Digər bir məsələ Qırmızı Bazar yolunun və Xankəndinin içərisi ilə Azərbaycanın müstəqil hərəkət hüququ təmin olunmalıdır, bu təmin edilməmişdi, buna görə Füzulidən Şuşaya dağlar üzərindən yol çəkildi. “Xarı bülbül” festivalında isə gördük ki, Azərbaycan həftənin bütün günlərində Xankəndi yolunu özü üçün istifadəyə açıb.

Hazırda 74-cü il xəritələri əsasında sərhədlərin müəyyən edilməsi məsələsi gündəmdədir. Lakin siyasi yox, hərbi xəriətələrə istinad edirlər. O xəritələr isə kütləvi tirajlanmayıb. Ona görə də sıravi adamlar həmin sərhəd xətlərini bilməyə bilərlər. O zaman Sovet hakimiyyəti sərhədlərin bölüşdürülməsində qəsdən ciddi xətalara yol verib. Lakin indi GPS sistemi var. O xəritələrdə müəyyən edilmiş koordinatlar əsasında GPS vasitəsilə həmin məntəqələri müəyyən etmək mümkündür. Proses də bu əsasda aparılır. Yayın gəlməsi ilə coğrafi koordinatların müəyyən edilməsinə başlanılıb.

Azərbaycanın öz sərhədləri daxilində yeni postlar müəyyən etməliydi və bunu edirik. Ermənistan dünyadan güclü informasiya dəstəyi aldı, yenə bizi təcavüzkar, özlərini qurban kimi təqdim etməkdədirlər, yalan informasiyalar yayırlar və is bundadır ki, biz də buna inanırıq və dəstək veririk. Yayılan bu informasiyalarda doğru olan bir fakt var. Rüstəm Muradoun vasitəsilə həyata keçirilən danışıqlar raundunda Azrbaycan yenə öz mövqeyini ortaya qoyub və Zəngəzurun Şərq hissəsində Azərbaycan 4 post yerləşdirir. Ermənistan tərəfi də paralel olaraq 4 postun yaradılmasını həyata keçirir”,- deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »