Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
Qaragöl, Zəngəzur, Azərbaycan

Mayın 15-də Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun və Ermənistandakı 102-ci hərbi bazanın hərbçilərinin iştirakı ilə Zəngəzurda Qaragöllə bağlı Azərbaycan və Ermənistan sərhədçiləri arasında aparılan danışıqlar mayın 16-da davam etdiriləcək. Danışıqların saat 14:00-da davam etdirilməsi barədə razılıq əldə edilib.

Bu saat Ermənistanda ən çox müzakirə olunan məsələ Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr irəliləməsi xəbəridir. 10 noyabr Bəyanatı bizə bu haqqı verib, delimitasiya və demarkasiya prosesi SSRİ dövrünə aid xəritələr əsasında həyata keçirilir. Azərbaycan da bu xəritələrdə müəyyənləşmiş sərhədlərdən irəliyə doğru bir addım da atmayıb.

Azərbaycan sərhədçilərinin öz mövqelərindən geri çəkilməmələri və Zəngəzur mahalının Xndzoresk (Xinzirək) icması yaxınlığında danışıqların aparılması Ermənistan ictimaiyyətində gərginlik yaradıb və bu vəziyyətdən belə öz xeyirlərinə istifadə etmək üçün “stəkanda fırtına” düzəltməklə məşğuldurlar. Belə ki, Azərbaycanının təcavüzkar kimi təqdim edilməsi, ölkəmizə qarşı beynəlxalq təzyiqlər üçün bəhanələrin yaradılması cəhdləri var. Emmanuel Makronun son açıqlamaları, Nikol Paşinyanın KTMT-yə müraciət etməsinin təməlində Sorosçuların Rusiyanı Azərbaycanla üz-üzə qoymaq həvəsi yatır.

Əhməd Əlili Əhməd Əlili

Politoloq Əhməd Əlilinin fikrinə görə, Paşinyan bu məsələdə öz xeyrinə pay çıxarmaqdadır: “Qaragöl hadisəsi, sıravi sərhəd demarkasiyasının Ermənistan mediasında şişirdilərək anti-Paşinyan kampaniyaya çevrilməkdə olarkən seçkiləri təxirə salmaq ortaya çıxdı . İndiki halda bunu Paşinyanın xeyrinə hesab etmək olar. Paşinyan birbaşa KTMT-ni və Rusiyanı məsələyə cəlb etdi. Aydın məsələdir ki, əldə olan xəritələrlə Rusiya rəhbərliyi Azərbaycana qarşı ciddi bir nəticə əldə edə bilməyəcək. Nəticədə, Qaragöldəki demarkasiya prosesini Paşinyanın əleyhinə istifadə etməkdə maraqlı olanlar “Rusiya da bir şey edə bilmədi” tezisi ilə neytrallaşdırılır, reytinq oyunları Rusiya-Koçaryan komandasının əleyhinə çevrilir”.

Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir. Bu göl 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Lakin Ermənistan Laçını işğal etdikdən sonra qeyri-qanuni olaraq dövlət sərhədini irəli çəkib, bizim əraziləri özününküləşdirməyə çalışıb. Bu tarixi ədalətin öz yerini tutması, bizim üçün müqəddəs olan dövlət sərhədimizin bərpası məsələsidir.

Ermənistanın “Xenaket” Analitika mərkəzinin direktoru, hərbi ekspert Tiqran Abramyan isə bu sabah sosial şəbəkələrdə hay-küy salıb zamanın onların əleyhinə işlədiyini yazıb: “Zəngəzurda partlamağa hazır bir vəziyyət var. Biz sanki minalı sahədəyik. Azərbaycan isə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlərin vaxtı yəqin ki, təsadüfi seçilməyib. Təlimlər mayın 16-dan 20-nə qədər davam edəcək. Mən əminəm ki, danışıqlar başa çatmayana qədər Azərbaycan hərbi təlimləri dayandırmayacaq. Zaman və şərait əleyhimizə işləyir”.

Qorxu, eyni zamanda fitnə-fəsada çağırışla dolu bir açıqlama... Ermənistanda hər bis siyasi qrup Azərbaycanla bağlı hər bir xəbərdən öz daxili xaoslarında öz maraqlarına uyğun şəkildə istifadə edir. Biz buna fikir vermədən sükutla öz işimizlə məşğuluq. Necə deyərlər, it hürər, karvan keçər...

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »