Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” və “Neftçi” azarkeşləri AFFA-ya müraciət etdilər
Futbol

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda mayın 19-u keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu öncəsi hər iki klubun ən böyük azarkeş qrupları sözügedən görüşə azarkeşlərin buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.

"İmarət Tayfa" və "Forza Neftçi" özlərinin sosial media hesablarında yazıblar.

"Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!

PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!" - deyə "İmarət Tayfa"nın "Facebook" səhifəsində qeyd olunub.

"Forza Neftçi"nin isə sosial hesabında bu sözlər yer alıb: "Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyəti qurumlardan rica edirik ki, Azərbaycan Premyer Ligasının son turunda gerçəkləşəcək "Neftçi Bakı - Qarabağ" matçına azarkeşlər buraxılsın".(oxu.az)

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »