Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ərazisi ilə tranzit edilən qazın həcmi azalıb
Ukrayna ərazisi ilə tranzit edilən qazın həcmi azalıb

Bu ilin yanvar-aprel aylarında Ukrayna ərazisi ilə təbii qazın tranziti ötən ilin analoji dövrü ilə müqayisədə 10% azalıb. Hesabat dövründə Ukrayna ərazisi ilə qonşu ölkələrə 14,1 mlrd. kubmetr qaz nəql olunub.

“APA-Economics”in məlumatına görə, bu barədə “Ukraynanın QNS Operatoru” şirkətinin açıqlamasında deyilir.

Azalmanın əsas səbəbi kimi Rusiya ilə Ukrayna arasında qaz müqaviləsinin şərtləri göstərilir.

Şirkətin məlumatına görə, cari ilin ilk dörd ayında Ukrayna ərazisi ilə Polşaya 1,2 mlrd. kubmetr, Slovakiyaya – 8,4 mlrd. kubmetr, Macarıstana – 2,9 mlrd. kubmetr, Rumıniyaya – 0,4 mlrd. kubmetr, Moldovaya isə 1,3 mlrd. kubmetr qaz nəql edilib.

Xatırladaq ki, bundan əvvəl “Ukraynanın QNS Operatoru” şirkətinin rəhbəri Sergey Makoqon Rusiya tərəfinin Ukrayna ərazisi ilə qazın nəqlini azaltdığını bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »