Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriştianu Ronaldu "Yuventus"da tarixi uğura imza atdı
Kriştianu Ronaldu "Yuventus"da tarixi uğura imza atdı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna A Seriyasının XXXVI turunda "Sassuolo"nu 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Matçda ikinci qola imza atan təcrübəli oyunçu Turin təmsilçisinin heyətində 100-cü dəfə fərqlənib. Ronaldu "Yuventus"da bu uğuru 3 mövsüm ərzində gerçəkləşdirə bilən yeganə futbolçudur.

"Qoca sinyora"nın oyunçuları əvvəllər 100-cü qola ən azı 4 mövsümdə çata bilib.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib.

Son xəbərlər
Bütün xəbərlər »