Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Forbes” Türkiyənin uçan snayperindən yazır
PUA Songar

Türkiyənin silah istehsalçıları zirehli transportyorun üstündən havaya buraxılan və elə həmin transportyordan da idarə edilən silahlı dronu nümayiş etdirib. Bu, Türkiyənin dronlar sahəsində hökmdarlığa can atmasında sonuncu addımlardan biridir.

Virtualaz.org xəbər verir ki, bu sətirlər nüfuzlu “Forbes” jurnalının Türkiyə hərbi sənayesinin işləyib hazırladığı “Songar” silahlı dronu barədə məqaləsindən götürülüb.

Nəşr yazır ki, Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi Ermənistan-Azərbaycan müharibəsində qalibdir və habelə Suriyada Rusiyanın hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlib. Kiçikölçülü “Kargu” kamikadze-dronu özünü Liviyada yaxşı göstərib. Bu ilin əvvəllərində ictimaiyyətə təqdim edilmiş “Songar” silahlı dronu isə sürətlə yeni tip təhdidə çevrilməkdədir.

Belə ki, pulemyot kimi piyada silahı ilə silahlanmış yeni tip multikopter uçan snayper də hesab edilir. “Asisguard” elektronika firması tərəfindən istehsal edilən “Songar” dronu artıq Türkiyə xüsusi təyinatlılarının silahlanmasına daxil edilib. Bu dronu işləyib hazırlayanlar bildirirlər ki, dronun təchiz edildiyi pulemyotun hədəfi dəqiq vurması lazer nişangahın və digər əlavə təkmilləşdirmələrin köməyi ilə təmin edilib.

Əvvəlcə “Songar” 5.56 millimetrlik yüngül pulemyotla təchiz edilmişdi. 2019-cu ildə isə istehsalçılar bildirdilər ki, “Songar” artıq 400 metr məsafədən hədəfi dəqiq vura bilir. Habelə “Asisguard” silahlı dronun daha bir sıra təkmilləşdirmələrini elan edib. Bildirib ki, pulemyotun əvəzinə “Songar” 40 millimetrlik “Akdas AK40-GL” (Türkiyə istehsalı) avtomatik qumbaraatanı ilə təchiz oluna bilər. Daha iriçaplı silah imkan verəcək ki, “Songar” daha iri hədəfləri, o cümlədən yüngül zirehli transportyorları hədəf alsın. Qumbaraatanın atəş effektivliyi 400 metrdir. O, zirehdələn, piyadalar əleyhinə və digər tipli qumbaralar atır. Habelə bu silah imkan verəcək ki, “Songar” hədəfdən daha uzaqdan zərbə endirə bilsin. Nəticədə onun aşkarlanması, səsinin eşidilməsi, müşahidəsi və vurulması da çətinləşəcək.

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
››› Vitse-spikerin müsahibəsi Ramiz Mehdiyevi bitirə bilər
Son xəbərlər
Bütün xəbərlər »