Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Kılıc: "Ermənistan  ya pul verməlidir, ya torpaq"
Hulusi Kılıc: "Ermənistan  ya pul verməlidir, ya torpaq"

“Ermənistan savaş təzminatı ödəməlidir. Vurduğu ziyanın əvəzində pul verəcək, buna gücü yoxdursa, torpaq verəcək. Bu,  belədir”.

Bu fikirləri bizimyol.info-ya 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  olmuş diplomaqt Hulusi Kılıc səsləndirib.  O Qarabağda abadlaşdırma işləri ilə məşğul olan türk şirkətləri barədə danışıb.

Hulusi Kılıc Hulusi Kılıc

“10 noyabr sazişindən sonra bölgəyə türk şirkətləri dəvət aldı və işləyirlər. Türk şirkətləri gördükləri işin  sürəti və keyfiyyətinə görə dünyada ikinci yeri tutublar. Qarabağ yeni bir Qarabağ olacaq, yollar yüksək keyfiyyətlə tikilir. Bildiyimə görə, Türkiyənin  Kənd Təsərrüfatı Nazirliyi o torpaqların analizini aparacaq. Ən yaxşı hansı bitkilərin əkilib, daha məhsuldar olacağına dair qərar verəcək. Türk şirkətləri burda vətənə xidmət edrmiş kimi xidmət  göstərəcəklər, nə lazımdırsa, edəcəklər. Bu savaşda bizə arxa çevirmiş, tərs baxan yanlış açıqlamalar vermiş ölkələrin Qarabağda heç bir zaman yeri olmayacaq”,- deyə doplomat bildirib.

Hulusi Kılıc zəfərimizi qısqanclıqla qarşılayan Fransa və  Ermənistanın ödəməli olduğu təzminat barədə də danışıb.

“30 illik  işğal dönəmində buralardan vandal sürüsü  keçib gedib. Tarixi əsərlər, tikililər məhv edilib. Müharibə dönəmində Gəncə, Bərdə və digər kənd şəhərlərdə dinc əhaliyə atılan bombaları unutmadıq. Günahsız əhali, uşaqlar məhv edildi, bunun üçün Ermənstan beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Elə bilməsinlər ki, bu belə də qalacaq. Ermənistan savaş təzminatı ödəməlidir. Ya pul verəcək , buna gücü yoxdursa, torpaq verəcək. Bu  belədir.

Mən zəfər muzeyində olarkən qürur hissi keçirdim, əsgərimizin, ordumuzun  gücünü gördüm, yeni texnologiyalarla nələr  edildiyinin  şahidi oldum. Heç kimsə Hərbi Qənimətlər muzeyinə bir başqa cür baxmasın. Bu, xalqın haqqıdır. 30 ildir  Minsk qrupu gəldi, yedi-içdi getdi, bir qarış da torpaq vermədi bizə. Bu xalqın zamanını  oğurladılar. 30 ildir bir milyon insan hansı çətin şəraitdə yaşayıb, dövlət onları yerləşdirmək  üçün nə əziyyətlər  çəkib, heç kim bilmir. Fransa  bizim Zəfər Parkımızı tənqid edirmiş. Mən də burdan  Fransaya deyirəm ki,  axı sənə nə? Sənə nə? Bura Fransa deyil. Erməniyə çox canın yanır, onların sıx yaşadığı Marseli hədiyyə et Ermənistana. Bu işin formulu budur”.

 İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »