Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Artak Zakaryan
Nikol Paşinyan

"Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi hakimiyyət məğlubiyyətə görə bütün məsuliyyəti hərbçilərin üstünə atır".

Bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika partiyasının üzvü Artak Zakaryan "Facebook" səhifəsində yazıb.

"Hələ noyabrın 12-də Baş Qərargah rəisi Onik Qasparyanın iş otağında ona xəbərdarlıq etdim ki, bir müddət sonra müharibənin bütün günahı ordunun üzərinə atılacaq. O, mənimlə razılaşmadı, inanmadı və bildirdi ki, mükafatlandırmaya da, tənqidlərə də hazırdırlar.

Dünən Nikol Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayanın dili ilə İctimai Televiziyanın efirində ordu rəhbərliyini günahlandırdı", -deyə Zakaryan qeyd edib. Onun sözlərinə görə, Paşinyan müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışır: "Əgər Paşinyana inansaq, o, heç nədə günahkar deyil və heç vaxt da günahkar olmayıb. Guya Paşinyan müqəddəsdir. Ondan başqa hər kəs günahkardır. Budur populizmin meyvələri. Cənab generallar və zabitlər məhkəməyə hazır olun".

Paylaş »
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ter-Petrosyan: “Robert Koçaryanı dövlət maraqlandırmır, o, yalnız Paşinyandan qisas almağa susayıb”
Son xəbərlər
Bütün xəbərlər »