Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin Putinlə danışmaq cəhdi uğursuz olub
Zelenskinin Putinlə danışmaq cəhdi uğursuz olub

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq və Donbassda gərginləşən vəziyyəti müzakirə etmək istədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Zelenskinin sözlərinə görə, o, Donbassda 4 Ukrayna hərbçisinin öldüyü, 2-nin isə yaralandığı gün ofis rəhbərinə rusiyalı liderlə əlaqə yaratmağı tapşırıb. Ancaq danışıq baş tutmayıb. Kreml isə onlara belə bir sorğu gəlmədiyini açıqlayıb.

“Yeri gəlmişkən, bunun özü bir göstəricidir. Çünki məndən soruşurlar ki, Rusiya müharibəni bitirmək istəyirmi? Bu suala yalnız müəyyən hərəkətlərlə cavab vermək olardı. Mən zəng etdim, ancaq cavab vermədilər. Bu gün verilən cavab budur”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel rəsmi Kiyevin Zelenski ilə Putinin telefon danışığı aparması üçün sorğu göndərdiyini bildirib. Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir sorğudan məlumatlı olmadıqlarını açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »