Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi
Ərdoğanı “diktator” adlandıran avropalı baş nazirə sərt cavab verildi

Avropa ölkələrinin dövlət başçıları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı az tənqid etmir. Bölgədə Rusiya ilə güc bölgüsü Qərbdə Ankaraya qarşı daha sərt mövqe ortaya qoymaq meyli yaradır. Ərdoğan geri çəkilmir, mövqeyini müdafiə edir.

Bizimyol.info xəbər verir ki, bu dəfə İtaliyanın baş naziri Türkiyə hökumət rəhbərini qıcıqlandırmağa çalışıb. Mario Draqi Ərdoğanı “diktator” adlandırıb. Prezidentin cavabı gecikməyib.

Ərdoğan Millət Kitabxanasındakı gənclərlə son görüşündə həm xarici, həm də daxili siyasətdən danışıb. Ona əvvəlcə istefada olan 104 yüksəkrütbəli hərbçinin aprelin 4-də verdiyi ortaq açıqlamadan suallar ünvanlayıblar. Türkiyə prezidenti heç bir halda həmin şəxslərin ifadə azadlığının məhdudlaşdırılmadığını, açılan cinayət işinin yalnız ədalət prinsiplərindən irəli gəldiyini bildirib. O, öz ölkəsinə sülh və əmin-amanlıq dilədiyini söyləyib.

Ərdoğan Draqinin onu “diktator” adlandırmasından da danışıb. Türkiyə prezidenti söylənilənlərdən qəzəbləndiyini gizlətməyib. Dövlət başçısı ittihamı tərbiyəsizlik saydığını deyib.

Mario Draqi Mario Draqi

Draqi bir neçə gün əvvəl Ərdoğanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni aşağılamaqda qınamışdı. İtalyan baş nazir bundan sonra Türkiyə hökumət rəhbərini “diktator” adlandırmışdı. Ankara məsələyə dərhal reaksiya vermişdi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Draqinin populist çıxışlara yol verdiyini demişdi. O, İtaliyanın baş nazirinin həddini aşdığını bildirmişdi.

Draqi fon der Lyayenin aşağılanmasını deyəndə Ankara səfəri zamanı Avropa Komissiyasının rəhbərinə Ərdoğanın yanında yer verilməməsini nəzərdə tutur. Onda qadın siyasətçi bir az kənarda divanda əyləşməli olmuşdu. Görüş Ərdoğanın fon der Lyayenə diqqət yetirməməsi ilə yadda qalmışdı.

Ursula fon der Lyayen Ursula fon der Lyayen

Mario Draqi İtaliya Nazirlər Şurasına 2021-ci ilin fevralın 13-dən başçılıq edir. O, həm ölkəsində, həm də ümumilikdə Avropada yaxşı iqtisadçı kimi tanınır. Draqi uzun illər İtaliya Bankının, bunun ardınca Avropa Mərkəzi Bankının rəhbəri olub. İqtisad professorudur. Həyat yoldaşı Cena Serena orta əsrlərin məşhur ailəsi olan Mediçi nəslindəndir.

Son xəbərlər
Bütün xəbərlər »