Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Unibank”ın təşkilatçılığı ilə “Clubhouse”da “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusunda müzakirə
Unibank Clubhouse
“Unibank”ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Clubhouse” platformasında aparıcı bankların rəhbərləri və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktorunun iştirakı ilə “Azərbaycanda Rəqəmsal Bankçılıq” mövzusunda müzakirə keçirilib. Müzakirəyə 200-ə yaxın iştirakçı qoşulub.

Müzakirələrdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov, PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov, “Bank Respublika”nın İdarə heyəti sədrinin müavini Elnur Həsənov, “Kapital Bank”ın Agile metodologiyasının tətbiqi idarəsinin Baş direktoru Samir Məmmədov və “Unibank”ın İdarə heyəti sədrinin müavini Fərid Abuşov iştirak ediblər.

Müzakirələrdə vurğulanıb ki, rəqəmsallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Son illərdə banklar tərəfindən bu istiqamət üzrə görülən işlər və tətbiq olunan yeniliklər hesabına bir çox bank xidmətlərinin məsafədən göstərilməsinə şərait yaradılıb və məsafəli bankçılıq xidmətlərindən aktiv istifadə edən müştərilərin sayı günü-gündən artmaqdadır. Yaxın illərdə aidiyyatı bank xidmətlərinin tam rəqəmsallaşmasını təmin etmək, innovativ maliyyə həlləri və xidmətlər təqdim etmək bankların əsas hədəflərindən olacaq. Qeyd olunan dəyişikliklər eyni zamanda maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına və maliyyə inkluzivliyinin inkişafına xidmət edəcək. Yaxın zamanlarda rəqəmsal xidmələr sahəsində bir sıra yeniliklərin olacağı da diqqətə çatdırılıb. Bu yeniliklər sırasında Apple Pay, Rəqəmsal Manat və Open Banking konsepsiyasının üzərində qurulan xidmətlərin ölkədə inkişafına təkan verəcək çərçivənin yaradılması da qeyd olunub.

Spikerlər həmçinin rəqəmsal sistemə keçid prosesində pandemiya amilinin də təsirini vurğulayıblar. Onların sözlərinə görə, pandemiya bir sıra bank xidmətlərinin rəqəmsal sistemə transformasiyasını sürətləndirib. Ümumilikdə isə dünya təcrübəsində bankların rəqəmsallaşmaya tədricən keçdiyi və bu prosesin kifayət qədər vaxt tələb etdiyi vurğulanıb.

“Clubhouse” platformasında bu cür müzakirələr hər ay keçiriləcək. Nöbəti müzakirə aprelin ikinci yarısına planlaşdırır.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »