Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəşad Sadıqov: "Bir xalı qənaətbəxş sayıram"
Rəşad Sadıqov

"Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardıq".

Bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandasının üstünlüyü daha qabarıq görünürdü: "Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Bir xala üzülmürük, bunu qənaətbəxş sayıram".

Sadıqov futbolçularına götərilən sarı vərəqələr barədə danışmaq istəmədiyini söyləyib: "Həmin epizodlarda etiraz etdik. Amma şərh vermək istəmirəm".

Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına da toxunub: "Onun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki inkişafdan geri qalmasın".

Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçu lazımdır: "Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər".(report)

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »