Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov: "Azərbaycan Əfqanıstanın ərazi bütövlüyü və siyasi müstəqilliyini dəstəkləyir"
Ceyhun Bayramov

"Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında "Lapis-Lazuli" marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə "Asiyanın Qəlbi - İstanbul Prosesi"nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.

"Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm bir mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək öz töhfəsini verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün mühüm bir mərkəz kimi rolunu nəzərə alaraq, Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) bu coğrafi məkanın faydalarının bölüşdürülməsində və Əfqanıstanda davamlı inkişafın dəstəklənməsində rolu çox vacibdir.

Azərbaycanın Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə davamlı dəstəyini təkrarlamaq istərdim və Milli Birlik Hökumətinə dost və qardaş Əfqanıstan xalqının vahid, dinc və firavan gələcəyini təmin etmək səylərində uğurlar arzulayıram", - XİN başçısı bildirib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »