Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Administrasiyadan C.Həsənlinin qızına aid olduğu iddia olunan video barədə açıqlama
Administrasiyadan C.Həsənlinin qızına aid olduğu iddia olunan video barədə açıqlama

İki gündür Cəmil Həsənlinin qızınıa aid olduği iddia edilən intim görüntülərin sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Bu barədə danışan hər bir kəs baş verənlərə nəinki haqq qazandırmayıb, kiminsə şəxsi həyatına bu qədər iyrənc müdaxilənin cinayət olduğunu bildirirlər və cəza tələb edirlər.

Cəmil Həsənli qaralamaq üçün başladılmış kampaniya əslində müxalif professoru bir qədər də populyarlaşdırıb və ona dəstək verənlərin sayını artırıb.

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri, sabiq deputat Pənah Hüseyn bildirib ki, Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video cinayətkarlığı”na aydınlıq gətirilməsi, həmin rəzil əməlin təşkilatçı və icraçılarının tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıb.

Onun sözlərinə görə, müraciətə cavab olaraq bildirilib: “Bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Və ən tez bir zamanda təqsirkarlar aşkarlanaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək".

“Cəmil Həsənlinin qızına qarşı edilmiş bu cinayətin açılacağına inanırsınızmı?” sualına Pənah Hüseyin bir qədər əsəbi və konkret cavab verdi. O, bizimyol.info-ya verdiyi açıqlamada bu mövzuda çox danışmaq istəmədiyini deyib: “Müxalifətin üstünə atılmış bu çirkabda hamı dövləti ittiham edir. Dövlət əsl cinayətkarları üzə çıxarmaqla bu ləkəni öz üzərindən götürə bilər. Yalnız bu yolla... Mən başqa heç nə demirəm. Bunun tək yolu budur”.

Son xəbərlər
Bütün xəbərlər »