Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Smartfon sahiblərinin şəxsi məlumatlarını faş edirmiş
Telefon SMS

Android və iPhone əsaslı smartfonlar, təqribən, 5 dəqiqədən bir sahiblərinin şəxsi məlumatlarını istehsalçı şirkətlərlə paylaşır.

“Report” “İrish Times”a istinadən xəbər verir ki, belə bir qənaət Dublin Triniti Kolecində aparılmış tədqiqat nəticəsində əldə edilib. Professor Daq Leyt (Doug Leith) tərəfindən dərc edilən araşdırmada iPhone ilə “Google” şirkətinin Android əməliyyat sisteminə əsaslanan smartfonlar arasında bu mənada mühüm fərq aşkarlanmayıb.

Bununla yanaşı, Android əsaslı smartfonların hər 12 saat ərzində 1 MB məlumat ötürdükləri halda iPhone-ların vur-tut 52 KB ötürdükləri də üzə çıxıb. Həm də smartfonlar sönmüş halda belə məlumat paylaşırmış.

Geri göndərilən məlumatlar arasında SİM birləşməsi, cihazın seriya nömrəsi, İMEİ, wi-fi MAC ünvanı, telefon nömrəsi olduğu güman edilir.

“Fikrimcə, bir çoxları “Apple” və “Google”un telefonlarımızdan məlumat toplamaqda məqsədlərinin “iCloud”, yaxud “Google Drive” kimi servisləri yerinə yetirmək olduğunu düşünür. Amma biz telefonlarımızı sadəcə telefon qismində, yəni zəng və daha nələrisə göndərib qəbul etmək üçün istifadə edərkən “Google” və “Apple”ın niyə məlumat toplamağa çalışdıqlarını görmək daha ağırdır. Hazırda biz “Google” və “Apple”-ın bu qədər məlumatları vəziyyətə uyğun topladıqlarını müəyyənləşdirmişik. Bunlar ifrat görünür, hansı ehtiyacdan gəldiyini də başa düşmək çətindir” – ekspert deyib.

Onun dediyinə görə, smartfonlar həm də yaxınlıqdakı cihazlarla bağlı məlumat toplayır. Belə ki, hər hansı istifadəşi wi-fi şəbəkəsinə qoşulduqda şəbəkədəki başqa telefonların da wi-fi MAC ünvanları “Apple”-a ötürülürmüş. Bu da istifadəçinin ev ünvanını, kafedəki masasını, yaxud ofis şəbəkəsini xüsusi olaraq təyin etmək imkanını verir. İstifadəçilər də bu izləmədən yayına bilmir.

Tədqiqat müəllifləri istifadəçilərdən toplanan bu məlumatlar əsasında onların internetdə gəzintiləri, alış-veriş ödəmələri barədə da məlumat əldə etməyə imkan verməcəyinə dair narahatlıq ifadə ediblər.

Məsələyə dair “Google” sözçüsü bildirib ki, müasir avtomobillərin ayrı-ayrı hissələri, təhlükəsizlik statusu, servis müddətinə dair təməl məlumatları mütəmadi ötürdüyü kimi smartfonların da bənzər məlumatları ötürməsini səmərəli fəaliyyətinin mühüm şərti olaraq dəyərləndirib.

Paylaş »
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - Video
Son xəbərlər
Bütün xəbərlər »