Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı
Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırıldı

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsinə verilən icazələri geri çağırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 23-də qurumun iclasında aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul edilib.

“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırılıb. Bu cür qərar “Red Wings” aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

Son xəbərlər
Bütün xəbərlər »