Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir”
Emmanuel Makron

“Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli ortağı hesab edir və Türkiyə rəhbərliyindən münasibətləri normallaşdırmaq siqnallarını görür”.

Bunu Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı “France 5” telekanalına müsahibəsində söyləyib.

Makron bildirib ki, Avropa Birliyi sülh istəsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır: “Bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurulmalıdır, hər iki ölkə böyük güclərdir və bu çox vacibdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməmək lazımdır”.

Fransa lideri Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin lazım olduğunu deyib. Qeyd edib ki, ümumiyyətlə, müttəfiqlər Türkiyənin qarşılıqlı münasibətlərdə etdiklərindən çoxuna icazə vermirlər. O, eyni zamanda, Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib.

Makron miqrasiya böhranının həllində də Türkiyənin əvəzsiz rolunu vurğulayıb: “Onların 3 milyona yaxın qaçqını var. Miqrasiya məsələsində Türkiyə ilə əməkdaşlıq etməliyik, əks halda müzakirələri dayandırsaq, bu üç milyon qaçqın Avropaya töküləcək”.(apa)

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »