Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Lüksemburq xarici işlər naziri mövcud həqiqətlərlə tanış olsun
XİN: Lüksemburq xarici işlər naziri mövcud həqiqətlərlə tanış olsun

"Lüksemburq xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir".

Bizimyol.info xəbər verir ki, bunu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin verdiyi məlumatda bildirilir.

Qeyd edilir ki, Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır:

"Yaxşı olardı ki, Lüksemburq xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun".

Son xəbərlər
Bütün xəbərlər »