Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Volodindən Baydenin Putinlə bağlı açıqlamasına reaksiya
Volodindən Baydenin Putinlə bağlı açıqlamasına reaksiya

Rusiya Dövlət Dumasının sədri Vlaçeslav Volodin ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı sözlərini qınayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

V.Volodin Baydenin sözlərini “ruslara təhqir” kimi dəyərləndirib:

“Bayden bu sözləri ilə ölkəmizin vətəndaşlarını təhqir etmiş oldu. Bu, çarəsizlikdən qaynaqlanan isteriyadır. Putin dövlətimizin başçısıdır, ona qarşı hücum ölkəmizə qarşı hücumdur”.

Qeyd edək ki, C.Bayden ABC-yə açıqlamasında Rusiya Prezidenti V.Putinin ABŞ-dakı seçkilərə müdaxiləsinin “cəzasını çəkəcəyini” söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »