Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ukrayna təyyarəsinin vurulmasına dair son hesabatı açıqlayıb
iran bayrağı

İran Ukrayna təyyarəsinin vurulmasına dair son hesabatı açıqlayıb.

APA-nın məlumatına görə, İranın Milli Aviasiya Təşkilatı Sepah qüvvələri tərəfindən 1 il öncə təyyarənin vurulmasının səbəblərinə dair son hesabat yayıb.

285 səhifəlik hesabatda "müdafiə sisteminin operatoru" bu hadisədə əsas günahkar elan olunub.

Bildirilib ki, operator coğrafi mövqeyi tənzimləmədə səhv etdiyindən, təyyarəni düşmən təyyarəsi kimi müəyyən edib və ona tərəf iki raket atıb.

Hesabatda bildirilib ki, Ukrayna təyyarəsinin uçuş qrafikinin bu səhvin baş verməsində rolu olmayıb. Raketlərdən birinin təyyarənin yaxınlığında partlaması qəzaya səbəb olub.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi ötən il yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »