Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP sürücülərə xəbərdarlıq edib
Polis - Cərimə

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı öncəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən APA-ya verilən məlumatda qeyd olunur ki, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar: “Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı ekologiyanın çirklənməsinə xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur. Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, bu cür xoşagəlməz addımlar əhalinin narahatçılığına və haqlı narazılığına səbəb olmaqla yanaşı həmçinin inzibati xətadır. Bu hal İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyət yaradır. Bir daha sürücülərdən xahiş edirik ki, bu növ qayda pozuntularını törətməkdən çəkinsinlər. Unutmamalıyıq ki, Novruz təbiətin insanlara bəxş etdiyi bayramdır. Ətraf, mühiti və təbiəti qorumaq isə özümüzdən aslıdır”.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »