Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə düşmən ölkələrlə münasibətləri normallaşdırır
Türkiyə düşmən ölkələrlə münasibətləri normallaşdırır

Türkiyəni bölgədə gözü götürməyən ölkələr az deyil. Ermənistanın məsələsi məlumdur. Uzağa getmədən Yunanıstanı, Kipri göstərmək olar. Yunanlarla tez-tez qarşıdurma şəraiti yaranır. Rusiya ilə də gərginlik az olmayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Orta Şərqin bəzi ölkələri ilə münasibətləri normallaşdırmaq qərarına gəlib. Qardaş ölkənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu bu haqda danışıb. O, Misirlə münasibətlərin normallaşması üçün diplomatik təmasların başladığını bildirib. Onun sözlərinə görə, siyahıda başqa ölkələr də var. Söhbət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gedir.

Mövlud Çavuşoğlu Mövlud Çavuşoğlu

Çavuşoğlu deyib ki, Misir xüsusi şərt irəli sürməyib. Türkiyə də belə davranıb: “Amma heç nə olmamış kimi hərəkət etmək də asan deyil. Yavaş-yavaş müzakirələrlə yol xəritəsi müəyyənləşdirəcəyik. İllərdir istər-istəməz güvənsizlik mühiti formalaşıb. Normaldır, hər iki tərəfdə ola bilər. Buna görə də bəlli strategiya, yol xəritəsi çərçivəsində görüşlər davam edəcək. Həm xüsusi xidmət orqanları müstəvisində, həm də xarici işlər nazirləri səviyyəsində görüşlərimiz olacaq”.

Çavuşoğlu bildirib ki, misirli həmkarı Semih Şukri ilə beynəlxalq tədbirlərdə üz-üzə gəlib. Elə iki il əvvəl Nyu-Yorkda qarşılaşdıqlarını xatırlayıb. Amma Misirlə 2013-cü ildən münasibət yoxdur.

Xarici İşlər naziri Birləşmiş Ərəb Əmirliklərinin indi Türkiyəyə çox ilıq yanaşdığını söyləyib. Çavuşoğlunun dediklərindən belə anlaşılır ki, Səudiyyə Ərəbistanı ilə də problem olmamalıdır. Sadəcə, İstanbulda jurnalist Cemal Kaşıkçı ilə bağlı yaşanan olaylar, Türkiyənin bu məsələyə vaxtında həssas yanaşması müəyyən baryerlər yaradır.

“Biz heç bir ikili standart irəli sürməmişdik. Məqsədimiz ədalətli araşdırma olmasıydı. İstəyirdik ki, cinayət törədənlər bunun hesabını versin, ədalət yerini tapsın”.

Martın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirlə münasibətlərin normallaşmasının əhəmiyyətindən danışıb. Dövlət başçısı deyib ki, Misir türk millətinin yanında olmalıdır, yunanların yox. Ərdoğan münasibətlərin müsbət istiqamətdə inkişafında bir çətinlik görmədiyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »