Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan müxalifəti yenə Paşinyanın qarşısını kəsməyə çalışacaq
Ermənistan müxalifəti yenə Paşinyanın qarşısını kəsməyə çalışacaq

Bu gün Ermənistan müxalifəti Xarici İşlər Nazirliyinin (XİN) binası qarşısında aksiya keçirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “Vətənin qurtuluşu hərəkatı”nın yaydığı bəyanatda belə deyilir.

Qeyd edilir ki, müxalifət Xarici İşlər Nazirliyinə gələcək baş nazir Nikol Paşinyanın qarşısını kəsməyə çalışacaq.

“Saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısında görüşəcəyik. Nikol Paşinyan 13 mart saat 12:30-da hökumət binaları kompleksinin ikinci binasını - Xarici İşlər Nazirliyini ziyarət edəcək. Diplomatiya Günündə - 2 martda ənənəni pozaraq nazirliyi ziyarət etməyib. Bunu 13 martda etməyi qərara alıb. Nikolsuz Ermənistan - tələbimizi yenidən səsləndirmək üçün nazirliyin binası qarşısına yığışacağıq", - deyə müxalifətin aksiyaya çağırışında vurğulanıb.

Son xəbərlər
Bütün xəbərlər »