Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçkünlərin kommunal xərcləri üçün ödənən vəsait açıqlanıb
Köçkünlərin kommunal xərcləri üçün ödənən vəsait açıqlanıb

Ötən il məcburi köçkünlərin istifadə etdiyi içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə xərclənən vəsait açıqlanıb.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2020-ci il ərzində ölkədə ictimai və inzibati binalarda sıx məskunlaşmış, kommunal xidmət haqları dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilən məcburi köçkünlər tərəfindən istifadə edilmiş içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə, ümumilikdə 17088,0 min manat məbləğində vəsait aidiyyəti xidmət təşkilatlarının hesabına köçürülüb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »