Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDYPİ küləkli hava ilə əlaqədar sürücülərə müraciət edib
Vaqif Əsədov

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, hazırda respublika ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq sürücülərin nəqliyyat vasitələrini hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park edilməsi olduqca təhlükəlidir.

V. Əsədov qeyd edib ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması həmçinin yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilmiş surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar: "Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı və vacib olmadığı halda avtomobildən istifadə etməmək tövsiyə olunur".

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
Son xəbərlər
Bütün xəbərlər »