Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirdən külli miqdarda heroin götürülüb
Heroin

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda təxmini qiyməti 40.000 manat olan, külli miqdarda narkotik maddə “heroin” dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılaraq ŞBPİ-nə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 578 qram narkotik maddə “heroin” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M. Əliyev barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »