Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda Saakaşvilinin partiyasının ofisinə hücum edilib
Mixail Saakaşvili

Gürcüstanın Qori şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın ofisi hücuma məruz qalıb, iki nəfər saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

“Başqasının əmlakına ziyan vurmaq ittihamı ilə polis tərəfindən iki nəfər – 1994-cü il təvəllüdlü G.K. və 1966-cı il təvəllüdlü G.B. saxlanılıb”, - DİN-in məlumatında belə deyilir.

Qurum qeyd edir ki, istintaq iki nəfərin partiya ofisinin şüşələrinə zərər verdiyini araşdırır. Polis hadisədən dərhal sonra onları saxlayıb. Saxlanılanları üç ilə qədər həbs cəzası gözləyir.(apa)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
Son xəbərlər
Bütün xəbərlər »