Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı məğlub etdi
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sumqayıt"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Report"un məlumatına görə, turun açılış matçı Qəbələdə şəhərin eyniadlı komandası "Sumqayıt" arasında keçirilib.

Qarşılaşma Xocalı faciəsinin 29-cu ildönümü və "Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişməsi ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Ceyms Adeniyi 50-ci dəqiqədə fərqlənib. Qələbə sayəsində xallarını sayını 21-ə çatdıran "qırmızı-qaralar" 4-cü yerdəki "Sumqayıt"la xal fərqini ikiyə endirib.

Qeyd edək ki, XVII turun digər matçında "Zirə" "Neftçi"ni qəbul edir. Həmin qarşılaşmada hesab açılmayıb. Bu gün həmçinin "Sabah" - "Keşlə" və "Qarabağ" - "Səbail" qarşılaşmaları da keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »