Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fatih Terim: “Bu yolun sonu çempionluqdur”
Fatih Terim: “Bu yolun sonu çempionluqdur”

“Çox çətin təqvimdən keçirik. Bütün futbolçularımın alnından öpürəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

Türkiyə Super Liqasının XXVI turunda “Alanyaspor”un qonağı olan “cim-bom” səfərdə 1:0 hesablı qələbə sayəsində liderliyini qoruyub. Oyunla bağlı fikirlərini bölüşən Terim çempionluq yolunda önəmli addım atdıqlarını söyləyib: “Arxayınlaşmaq olmaz. Belə bir şansımız da yoxdur. Bundan sonra hər matça final gözü ilə baxmalı, eyni ciddiyyət və istəklə davam etməliyik. Bu yolun sonu çempionluqdur. Yetər ki, mübarizə əzmini itirməyək”.

Qeyd edək ki, hazırda aktivində 54 xal olan “Qalatasaray” növbəti tur çərçivəsində fevralın 27-də “Ərzurum BB”ni qəbul edəcək.

Son xəbərlər
Bütün xəbərlər »