Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha dörd qəsəbənin çirkabı da Xəzərə axırmış - Video, Fotolar
Daha dörd qəsəbənin çirkabı da Xəzərə axırmış - Video, Fotolar

Uzun illərdir ki, Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyuları yoxdur. Bu səbəbdən evlərin çirkab suları mərkəzi kanalizasiya şəbəkəsinə birləşməyib.

Çirkab suları birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdılır.

Pirşağı qəsəbəsindən dənizə axıdılan su köpüklüdür. Həmin hissədə dənizin sahilində 100 metrə qədər ərazidə köpük yığılıb. Ətrafda çoxlu ölü quşların cəmdəyinə rast gəlinir. Həmin ərazidə dənizin suyu yaşıl çirkab rənginə çalır.

Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazidə araşdırma aparıb. Mütəxəssislər boru xəttindən axan sudan nümunələr götürərək bioloji, kimyəvi analizlər aparıb. Məlum olub ki, suda ammonium ionları 2,2 dəfə, sintetik səthi aktiv maddələr isə 2,6 dəfə normadan artıqdır.

Daha dörd qəsəbənin çirkabı da Xəzərə axırmış - Video

Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.

Bu məsələ ilə bağlı “Azərsu” ASC-yə xəbərdarlıq edilsə də, problemin aradan qaldırılması məqsədilə heç bir iş görülməyib.

Problemlə bağlı “Azərsu” ASC-nin Bağlar Su-kanal İdarəsinin rəisi cərimə edilib.

Nazirlik Pirşağıda formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən və gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi ilə bağlı “Azərsu” ASC-yə məktub ünvanlayıb.

Daha dörd qəsəbənin çirkabı da Xəzərə axırmış - Video

Amma nəticənin necə olacağı sual altındadır.

Xatırladaq ki, hələ 2019-cu ilin noyabrın 20-də ölkə başçısı Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan cəmi 6,0 (altı) milyon manat, o cümlədən, avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayırıb.

Düzdür Pirşağı qəsəbəsində yolların çəkilməsi həyata keçirilib. Müəyyən ərazilər yeni su xəttləri ilə də təmin edilib. Amma kanalizasiya sistemlərinin qurulması məsələsi hələ də reallaşmayıb.

Qeyd edək ki, Hövsan kanalı, Zabrat gölü, Binəqədi gölü və s. bu kimi ərazilər bir daha sübut edir ki, yaşayış məntəqlərinin kanalizasiya suları mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmayıb. Yəni əhali kortəbii olaraq, şanbolar qazır və suyu torpağa axıdaraq can qurtarır. Bu isə sonradan göllərin yaranması, çirkab sularının dənizə axıldılması, torpaq sürüşmələri və s. ilə nəticələnir.

Daha dörd qəsəbənin çirkabı da Xəzərə axırmış - Video

Məsələn yay aylarında Hövsan ərazisindən, Zabrat gölü yaxınlığından keçərkən üfunət qoxusundan nəfəs almaq mümkün deyil. Müşahidələr sübut edir ki, bu kimi halların qarşısını protokollar yazıb, cərimələr tətbiq etməklə almaq mümkün deyil. Problemin köklü şəkildə həll edilməsi üçün müvafiq qurumda əsaslı dəyişikliklər etmək lazımdır.

Əks halda yağış yağarkən Bakını yenə su basacaq, kanalizasiya suları yenə dənizə axıdılacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »