Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi "Barselona"da yeni rekorda imza atdı
Messi "Barselona"da yeni rekorda imza atdı

Katalon "Barselona"sının hücumçusu Lionel Messi klubda La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb.

“Report” xəbər verir ki, futbolçu "Kadis"lə oyunda meydançaya çıxıb. Bu, hücumçunun 506-cı görüşü olub. Messi həmin göstərici üzrə Xavini qabaqlayıb. Sonuncu 505 matçda iştirak edib.

Messi İspaniya çempionatında birinci oyununu 2004-cü ilin oktyabrında “Union Espanyola”ya qarşı keçirib.

Hücumçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

Son xəbərlər
Bütün xəbərlər »