Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan sərhədlərin delimitasiyası üzrə yeni sənədləri Azərbaycana təqdim edib
David Zalkaliani

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyasına dair yeni sənədlər Azərbaycan tərəfinə təqdim edilib.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyası yeni tərkibdə görüşəcək və məsələ ilə əlaqədar detallı müzakirələr aparılacaq.

D. Zalkaliani qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramov ötən ilin sentyabrında Tbilisidə səfərdə olarkən məsələ ilə əlaqədar tərəflər arasında səmimi və strateji tərəfdaşlığa uyğun açıq söhbət baş tutub və məsələyə dair müsbət anlaşılma göstərilib.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »