Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ordusu kifayət qədər güclüdür” - Erməni general
“Azərbaycan ordusu kifayət qədər güclüdür” - Erməni general

2020-ci ilin yayına kimi Ermənistan ordusunun baş qərargah rəisi olmuş Artak Davtyan 44 günlük müharibə haqqında diqqətçəkən fikirlər səsləndirib.

Unikal.org xəbər verir ki, o, yerli KİV-ə verdiyi müsahibədə Şuşa döyüşlərindən tutmuş revanşizm meyllərinə qədər bir çox suallara cavab verib. Davtyan jurnalistin "müharibə niyə minlərlə ölü, yaralı, xeyli əsir və itkinlərin olması, torpaqların itirilməsi ilə başa çatdı?" sualını belə cavablandırıb:

"Bir şeyi dəqiq deyə bilərəm ki, rəqib kifayət qədər güclü idi. Biz də əslində zəif olmadıq. Axı, döyüşlər 44 gün çəkdi. Nə oldusa, son günlərdə baş verdi, sonda nələrsə düz getmədi. Tam olaraq detalları deyə bilmərəm. Çünki təfərrüatları bilmirəm. Amma bu təfərrüatlar və səhvlər açıqlanmalıdır. Müharibənin nəticələrinin səbəblərini aydınlaşdırmaq üçün bir komissiyanın yaradılmasında iştirak etməyə hazıram".

Son xəbərlər
Bütün xəbərlər »