Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mançester Siti"dən Messi açıqlaması
"Mançester Siti"dən Messi açıqlaması

İngiltərənin "Mançester Siti" klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin mümkün transferi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

"Report" xəbər verir ki, "şəhərlillər"in nümayəndəsi "Sky Sports"a açıqlamasında 34 yaşlı hücumçuya təklif göndərmədiklərini və onunla danışıqlar aparmadıqlarını bildirib.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi yayda başa çatacaq. Argentinalı oyunçu bu səbəbdən istənilən klubla danışıq apara bilər. Ulduz futbolçu 2020-ci ilin yayında "Barselona"nı tərk etmək istədiyini bildirib. Lakin klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »