Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni direktor təyin edilən şəxsin biabırçı səs yazısı yayıldı - Video
Direktor  Nərmin Qaralova

Sosial şəbəkələrdə daha bir müəllimin distant təhsil zamanı tələbələrlə pis rəftarı ilə bağlı videosu yayılıb. Videoda aydın görünür ki, müəllim tələbə və digər kollektiv ilə kobud danışır, onların ünvanına nalayiq ifadə səsləndirir. O, onlayn imtahan zamanı sinif nümayəndəsini əvvəlcə yayımdan qovur, ardınca da deyir, “Bizə şam tutan lazım deyil!”

“Bakupost”un araşdırmasına görə, həmin müəllim ötən aylarda Bakı Humanitar Kollecinə direktor təyin olunan Nərmin Qaralovadır. Bu görüntülər, səs yazısı isə onun həmin Kollecdə direktor olduğu vaxtda çəkilib.

Xanım direktorun səsləndirdiyi ifadə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Direktor sosial şəbəkə istifadəçiləri tərəfindən bu hərəkətinə görə tənqid olunub.

Qeyd edək ki, N.Qaralova bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin dekanı olub.

2006-2008-ci illərdə İctimayi Televiziya, 2008-2014-cü illərdə isə Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor vəzifəsində çalışıb.

2008-2015-ci illərdə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan musiqisinin tarix və nəzəriyyə” kafedrasında müəllim kimi çalışıb.

2015-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.

2014-cü ildə ADMİU-nun “Mətbuat və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, 2015-ci ildən isə ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti olub.

20-yə yaxın yerli və xarici mətbuatda dərc olunan məqalələrin müəllifi, 10-dan artıq Respublika və Beynəlxalq konfransının iştirakçısıdır.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »