Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum 5 kq-dan artıq narkotiklə saxlanılıb
Narkotik

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarıəldə edilən məlumatı əsasında əməliyyat keçiriblər.

Tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Sərxan Bağırov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 5 kiloqram 175 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni həm şəxsi istifadəsi, həm də ki, satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı S.Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »