Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mingəçevir Su Anbarında suyun səviyyəsi ötən illə müqayisədə 1 metr 6 sm yüksəkdir
Mingəçevir Su Anbarında suyun səviyyəsi ötən illə müqayisədə 1 metr 6 sm yüksəkdir

“Ötən il Kür çayı ilə bağlı çətin dövr yaşadıq”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, Kürün mənsəb hissəsində suyun azalması bir çox fəsadlara səbəb olub: “Hazırda Mingəçevir Su Anbarında ötən illə müqayisədə suyun səviyyəsində 1 metr 6 sm yüksəkdir. Bu, təqribən 500 milyon kubmetrə yaxın su deməkdir. Yaxın aylarda yaz ayları ilə əlaqədar burada sululuğun müşahidə olunması gözlənilir. Bu da əlavə suyun yığılmasına səbəb olacaq. Kür çayına mütəmadi nəzarət olunur, sululuğu ölçülür, dinamikaları öyrənilir”.

Son xəbərlər
Bütün xəbərlər »