Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi olaraq koronavirusun qeydə alınmadığı Türkmənistan vaksinasiyaya başlayır
Rəsmi olaraq koronavirusun qeydə alınmadığı Türkmənistan vaksinasiyaya başlayır

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkənin Səhiyyə Nazirliyinin rəhbərinə verdiyi göstərişlər arasında əhalinin vaksinlə təmin edilməsi məsələsi də var.

Bu barədə “Neytralnıy Turkmenistan” xəbər yayır.

“Xarici ölkələrdə təhsil almağa gedən vətəndaşların və türkmənistanlı tələbələrin peyvənd olunmasına, həmin dövlətlərdə istifadə olunan vaksinə uyğun olaraq, Türkmənistana gələn xarici vətəndaşlardan peyvənd sertifikatlarının alınmasına və ölkəmizə daxil olan vətəndaşlara peyvənd edilməsinə diqqət yetirilməlidir”, - deyə təlimatda qeyd olunur.

Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri Nurməhəmməd Amannepesov ölkədə yoluxucu xəstəliklərin qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsindən danışaraq Türkmənistanda qeydiyyatdan keçmiş Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin əhəmiyyətini vurğulayıb.

Rəsmi hesabatlarına görə, Türkmənistanda heç bir COVID-19 hadisəsi qeydə alınmayıb. Eyni zamanda, ölkədə maska ​​taxmaq tələbi, nəqliyyat, ticarət, iaşə, xidmət sahələri və sairənin fəaliyyətində bir sıra məhdudiyyətlər tətbiq edilib.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »