Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır
Tokio olimpiadasının tamaşaçısız keçirilmə variantı araşdırılır

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışların tamaşaçısız keçirilmə variantını araşdırır.

"Report" xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori mətbuat konfransında bildirib.

Morinin sözlərinə görə, "Tokio-2020"ni azarkeşsiz keçirmək istəmirlər, lakin bu variant haqqında düşünməlidirlər.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər
Bütün xəbərlər »