Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda narkotacirlər saxlanıldı
Cəlilabadda narkotacirlər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Y.Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə ümumi çəkisi 12 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd “beşbarmaq” aşkar olunaraq götürülüb.

Aparılan araşdırmalarla Y.Əliyevə narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini A.Nağıyev olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotiklərin qanunsuz dövriyyəsində A.Nağıyevlə əlbir olan rayon sakini F.Abbasov da müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 167 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »