Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Baxçalı: “Şuşada məktəb tikintisi ilə bağlı təklifimiz Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən razılıqla qarşılanıb”
Dövlət Bağçalı

“Ermənistanın işğalından azad edilən qədim mədəniyyət mərkəzimiz Şuşada məktəb tikintisi üçün münasib yer seçiləcək və bundan sonra məktəbin təməli qoyulacaq, xeyirli olsun!”

Bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup iclasında çıxışı zamanı deyib.

MHP sədri bildirib ki, Şuşada Üzeyir Hacıbəyov adına məktəbin inşası ilə bağlı təklif Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən razılıqla qarşılanıb.

“Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub. Bu həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkür edirəm. Layihənin hər mərhələsi haqqında hörmətli prezidentlərimizə məlumat veriləcək”, - deyə D. Baxçalı vurğulayıb.

O qeyd edib ki, qarşıdakı günlərdə məktəbin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. MHP sədri məktəbin layihəsinin ilkin variantını da nümayiş etdirib və əlavə edib ki, inşa işləri başa çatan kimi təhsil müəssisəsi Azərbaycan Respublikasına təhvil veriləcək.

Qeyd edək ki, MHP sədrinin göstərişi ilə 10 gün öncə Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin inşa edilməsi təklif edilib.(apa)

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Martın 9-na olan hava proqnozu
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
Son xəbərlər
Bütün xəbərlər »