Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb

Naxçıvan Muxtar Respublikasından Bakıya gəlmək istəyən sərnişinlər ciddi problemlə üzləşib. Səbəb isə Bakıdan Naxçıvana və əks istiqamətdə gün ərzində cəmi bir reysin olmasıdır.

Bu barədə Bizimyol.info-ya danışan narazı vətəndaşlar bildiriblər ki, yüzlərlə insan çıxılmaz durumda qalıb: “Elələri var ki, işlə əlaqədar Naxçıvana getmişdi, indi qayıda bilmir, günlərdir orada qalmağa məcburdur. Eləsi var, xəstədir, təcili Bakıya müalicəyə aparılmalıdır, gedə bilmir”.

Şikayətçilərin sözlərinə görə, aviakassalar "online" qaydada işləyir. Həmçinin sayta yerləşdirilmiş telefon nömrələrinə Whatsapp vasitəsilə bilet üçün müraciət etmək mümkündür. Lakin müraciətlərinə müsbət cavab verilmir: “Bilet sifarişləri haqda müraciətlərimizə cavab gəlir ki, yalnız fevralın 14-dən sonra Bakıya gediş mümkündür. Fevralın 14-nə qədər olan reyslərə bilet yoxdur. Gün ərzində bir reys Bakıya uçur, biri də Naxçıvana. Aeroportun işçiləri suallarımıza cavab verəndə dedilər ki, təyyarə reysləri var, amma TƏBİB uçuşlara icazə vermir. Çünki sərnişinlər tibbi müayinədən keçirilməlidir. Onların da gün ərzində hər iki istiqamətə bir reysin sərnişinlərini tibbi müayinədən keçirməyə fiziki imkanları var. Yəni TƏBİB-in fiziki imkanlarının azlığına görə hazırda yüzlərlə insan əziyyət çəkir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) deyilənlərə münasibət öyrənməyə çalışıacağıq.

Son xəbərlər
Bütün xəbərlər »