Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden ABŞ-a giriş şərtlərini sərtləşdirdi
Co Bayden

ABŞ Prezidenti vəzifəsində ilk iş həftəsində Co Baydenin imzaladığı sərəncamlar arasında Birləşmiş Ştatlara gəlməyə hazırlaşan bütün şəxslərdən uçuşdan əvvəl COVID-19 xəstəliyinə dair testdən keçmələri, ABŞ-a çatdıqda isə 10 günlük karantində olmalarının tələb olunduğu sərəncam da yer alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu sərəncam yanvarın 26-dan qüvvəyə minəcək. Bayden vaksinləmə və testləşdirmənin miqyasının genişləndirilməsi, məktəb və müəssisələrin yenidən fəaliyyət göstərməsi barədə planları da bəyan edib.

Koronavirus pandemiyasına qarşı mübarizə üzrə yeni planlara aşağıdakılar aiddir: ölkəyə gələn hər kəs üçün testdən keçmək və məcburi karantin; ictimai nəqliyyatda, dövlətlərarası nəqliyyatda və turizm mərkəzlərində mütləq şəkildə maska taxılması; COVID-19 əleyhinə vaksinlərin apteklər vasitəsilə yayılması proqramının tətbiqi; Müdafiə sənayesi barədə Qanundan vaksinlərin və qoruyucu vasitələrin tədarükünün artırılması üçün istifadə; Fövqəladə hallar üzrə federal agentlik vasitəsilə ictimai vaksinləmə mərkəzlərinin yaradılması; Baydenin prezidentliyinin ilk 100 günü ərzində 100 milyon vaksinləmənin həyata keçirilməsi; məktəblərin, kolleclərin və uşaq müəssisələrinin təhlükəsiz şəkildə fəaliyyətlərini bərpa etmələri üzrə təlimatın işlənib hazırlanması; pandemiya barədə məlumat toplanması işinin yaxşılaşdırılması; işçilər üçün daha ciddi təhlükəsizlik qaydalarının təminatı; testləşdirilmənin artırılmasına nəzarət üzrə yeni təşkilatın yaradılması; yoluxmaların sayının daha yüksək səviyyəsinin müşahidə olunduğu icma azlıqlarına vəsaitin yönəldilməsi.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »