Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublikaçı senatorlar Trampın impiçmentinə qarşı çıxdılar
ABŞ Konqresi

Bəzi respublikaçı senatorlar ABŞ-ın sabiq prezidenti Donald Trampın impiçmentə qarşı çıxış ediblər.

“Report”un məlumatlna görə, bu barədə “Fox News” bildirib.

Senator Marko Rubio qeyd edib ki, Senatda Trampın impiçmenti üzrə proses ağılsızlıqdır və əgər sabiq dövlət başçısı Kapitolidə yanvarın 6-da baş verən hadisələrə görə məsuliyyət daşısa belə, bu proses ABŞ-a ziyan vuracaq.

"Birincisi, hesab edirəm ki, məhkəmə ağılsızlıqdır. Bu, qeyri səmərəlidir. Bizim ölkədə artıq alovlanma baş verir və məhkəmə bu alova benzin tökməyə bərabərdir", - qanunverici deyib.

Respublikaçı senator Tom Kotton Senatın Trampı vəzifədən getməsindən sonra mühakimə etməsi üçün Konstitusiya səlahiyyətinə sahib olduğuna inanmadığını söyləyib.

“Digər respublikaçı senatorlarla nə qədər çox danışsam, (bu arqumenti dəstəkləmək üçün - red) bir o qədər sıraya düzülürlər", - o deyib.

Paylaş »
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Neft kəskin bahalaşıb
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› İrana səfər etməyin şərtləri açıqlandı
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
Son xəbərlər
Bütün xəbərlər »