Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyan barəsində cinayət işi başlayıb.

APA-nın verdiyi xəbərə görə, D. Qalstyan Ermənistan Müdafiə Nazirliyinin bir qrup əməkdaşı ilə birgə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Bildirilib ki, bu vəsait müdafiə satınalmaları üçün ayrılıb.

D. Qaltsyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətə sahibdir. Bu şirkətlər Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. O, İrəvanda "Kalaşnikov" avtomatlarını yığan "Neutron" QHT-nin sahibdir.

Ümumilikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı Müdafiə Nazirliyi və Baş Qərargahın bir neçə rəsmisi barəsində dörd cinayət işi başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »