Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
Rəcəb Tayyib Ərdoğan

Bu gün Türkiyədə 54,5 milyon vətəndaş təbii qazdan faydalanır. Cəmi 29,5 milyon türk lirəsi sərmayə ilə 45,2 kilometr uzunluğunda təbii qaz xətti çəkdik. 2020-ci ildə də təbii qaz investisiyalarımızı dayandırmadıq. Pandemiya dövrü olmasına baxmayaraq, ölkənin 39 rayon və qəsəbəsinə təbii qaz verildi. 2021-ci ildə də investisiyalarımızı artırmağa davam edəcəyik.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa vilayətində enerji və təbii resurslarla bağlı layihələrin açılış mərasimində çıxışı zamanı səsləndirib.

Qara dənizdəki təbii qaz kəşfindən sonra ölkədə enerji investisiyalarına daha çox diqqətin cəlb edildiyini bildirən Türkiyə Prezidenti bundan sonra mümkün qədər yerli mənbələrə əsaslanan enerji sektoru qurmağı hədəflədiklərini deyib. Bildirilib ki, açılış mərasimi çərçivəsində istifadəyə verilən Soma Kolin istilik elektrik stansiyası da yerli kömürün yüksək texnologiyalarla birləşməsinin ən yaxşı nümunədir. Bu layihə sayəsində ildə təxminən 150 milyon dollarlıq qaz idxalının qarşısı alınacaq.

Ötən 18 ili Türkiyə Respublikası tarixində ən uğurlu dövrü kimi qiymətləndirən Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində ölkədə təbii qazın paylanmasına qoyulan investisiyanın ümumilikdə 27 milyard türk lirəsinə çatdığını bildirib: “Türkiyənin inkişafı üçün ən vacib məqamlardan hesab etdiyimiz elektrik enerjisindəki gücümüzü son 18 il ərzində ildə 3 dəfə artıraraq 96 min meqavata çatdırdıq. 2002-ci ildə cəmi 18 meqavat olan geotermal enerji gücümüz bu gün 1613 meqavata çatıb. Bu rəqəmlərlə Türkiyə geotermal enerji sahəsində Avropada ilk, dünyada isə 4-cü pilləyə yüksəlib. Bugünkü enerji gücümüzün 63,5 faizi yerli mənbələrə əsaslanır. Bu nisbətin 51,7 faizi bərpaolunan enerji mənbələrinə, yəni, təmiz enerjiyə aiddir. Hədəfimiz Türkiyəni yalnız istehsalda deyil, eyni zamanda, bərpaolunan enerji texnologiyaları sahəsində də mərkəzi ölkə halına gətirməkdir”.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »