Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: “Səhiyyə sisteminə Prezidentin dəmir yumruğu lazımdır”
Həkim: “Səhiyyə sisteminə Prezidentin dəmir yumruğu lazımdır”

Pandemiya başalayandan bəri cəmiyyətdə sərt karantin müddətinin digər ölkələrdən uzun olması, SMS icazə formasının səmərəsizliyi, apteklərdə dərman çatışmalığı, virusa yoluxanların sayının süni surətdə artırılması barədə çoxlu sayda fikirlər dolaşır. Tanınmış həkim, nevropotoloq Qalib Əsədovla söhbətdə qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdıq.

Qalib Əsədov Qalib Əsədov

Bizimyol.info Qalib Əsədovla müsahibəni təqdim edir.

- Doktor, bir neçə gündür , insanlar apteklərdən ən adi dərmanların yoxa çıxmasından şikayətlənirlər. Əldə olan dəranların da keyfiyyətsiz olduğunu deyirlər.

- İnsanlar haqlıdır. Biz bu gün xəstələrimizə yazmağa keyfiyyətli dərman tapa bilmirik. Azərbaycanda dərman probleminin kökündə 2 şey dayanır.

1. Ölkədə ümumiyyətlə istehsalın olmaması.

2. Dərman işinin başında bu işdən anlayışı olmayan insanların durması.

Bir müddət əvvəl bu tarif şurası istisnasız bütün dərmanlara Çin və Rusiya istehsalı qiymətləri qoydu. Qiymətlər normalın altına düşdü. Nəticədə ölkədə nə qədər dünya əczaçılıq divlərinin nümayəndəliyi vardı, hamısı bağlandı. Çünki bura mal gətirmək sərf eləmədi. Məsələn, Almaniyada istehsal olunan dərmana sən Çin qiyməti qoya bilməzsən. Qaçıb gedəcək. Nəticədə bazarda ancaq rus, çin və üçüncü dünya ölkələrinin malları qaldı. Keyfiyyət çox aşağı düşdü.

Bunun səhv olduğunu indi anlayıblar. Amma gecdir. Çünki qara bazar formalaşdı, bir qism insanlara milyonlar qazandırdl. Dünyanın hər yerində keyfiyyət bahadır. Amma qarantiyalıdır. Ya sənin öz istehsalın olmalıdır, ya da sən gərək heç nəyə qarışmayasan.

- İranda müalicənin geniş yayıldığı zaman məşhur bir həkim telekanala müsahibəsində dedi ki, İranda sadəcə dərmanlar güclü keydicilərdir, əslində müalicə etmir.

- Mən elə düşünmürəm. İranda mövcud olan və xəstələrə yazılan, hətta bizimkilərlə eyni tərkibli dərmanlar daha yaxşı keyfiyyətə malikdir. Xəstələrin İrana və ya digər xarici dövlətlərə müalicəyə getməsinin səbəblərindən biri də məhz budur. İstənilən həkim xəstəsinin sağalmasında maraqlıdır və həkimin üzünü ağardan məhz keyfiyyətli dərmanlardır. Keyfiyyətsiz dərmanla müalicə edən həkim, silahsız döyüşə atılan əsgərə bənzəyir.

- Xəstələr çox zaman həkimlərin firma dərmanları yazmasından , bundan əlvə qazanc götürməsindən gileylənirlər.

- Ümumiyyətlə, dərman zirzəmidə hazırlanan bir məhsul deyil və bütün dərmanlar hansısa şirkətin, firmanın məhsuludur. Var yaxşı, yəni keyyfiyyətli dərmanlar hazırlayan, məhsullarına GMP sertifikatı almış şirkət, bir də var keyfiyyətə önəm verməyən, ucuz jeneriklər istehsal edən şirkət. Birinci qrupa daxil olan şirkətlər həkimlərə heç nə təklif etmirlər. Çünki bilirlər ki, keyfiyyətli məhsul hazırlayıblar və onların dərmanları satılacaq. Əksinə müxtəlif elmi konfranslar təşkil edir, müalicələrlə bağlı yenilikləri həkimlərin nəzərinə çatdıraraq həm də öz işlərini təqdim edirlər.

Keyfiyyəti aşağı olan preparatlar istehsal edən şirkətlər isə gəlib həkimlərlə əməkdaşlığa girməyə çalışırlar, müxtəlif həvəsləndirici tədbirlər görür ki, həkim məh onların dərmanını yazsın. Təəsüf ki, ölkəmizdə belə firmalar həddindən çoxdur, bu da insanların haqlı narazılığına səbəb olur. Keyfiyyətli dərman tapa bilməyən həkimlər bəzən belə əməkdaşlığa gedirlər. Sizi inandırım ki, hər bir həkim üçün xəstəsinin sağalması daha önəmlidir. Dərman problemi bu gün səhiyyəmizin ən ağrılı problemlərindən biridir. İnanın ki, resept yazmağa çətinlik çəkirik.

- Doktor pandemiyaya görə sərt karantin rejimləri Azərbaycanda çox uzandı. Nəticələr də ürəkaçan görümür. Biz nədə səhv etdik?

- Gözəl sualdır. Karantin başlayarkən bizdə vəziyyət deyim ki, ideal idi. Görülən bütün tədbirlər yüksək səviyyədə təşkil olunurdu, çünki Cənab Prezidentin birbaşa nəzarətində idi. Sonra yayda bilirsiniz ki, Ermənistan tərəfdən təxribatlar başladı və dövlətin bütün qüvvəsi bu provakasiyaların qarşısının alınmasına yönəldi. Hesab edirəm ki, etdiyimiz ən böyük səhv testlərin aparılmasının çox baha qiymətə özəl klinikalara verilməsi oldu. İnsanların çoxunun imkanı çatmadı. Nəticədə xəstəlik yayıldı. Eyni zamanda müvafiq dərmanların tapılmaması, pulsuz aparılan tetlərin cavablarının həddindən çox ləngiməsi, bütün kontakda olan adamlardan müvafiq analizlər götürülməməsi bizdə vəziyyəti kritik həddə çatdırdı.

Xəstəliyin öhdəsindən gələ bilmədiyini anlayan səhiyyə rəhbərliyi çıxış yolunu sərt karantin tədbirlərində gördülər. Ancaq bunun da heç bir mənası olmadı. Əksinə yayda çimərliklərə gedə bilməyən, rayonlarda dincəlməkdən məhrum olan vətəndaşların immun sistemi zəiflədi və bu günkü ağır mənzərə qarşımızddır.

Belarusiya heç bir gün də olsa karantin tətbiq etməyib, bütün müəssisələr işlədi, hərbi parad keçirdi, arxasınca seçki kompaniyası, sonra da müxalifətin nümayişləri. Bircə gün də olsa məktəblər, universitetlər fəaliyyətini saxlamadı.

Cənubi Koreyanın Baş nazırı Çon Se Qyun isə tam fərqli və maraqlı taktika seçdi, İqtisadiyyatın fəaliyyətini dayandırmağı ölkəsi üçün məqbul bilmədi 3T düsturu adlandırdığı strategiya irəli sürdü. 1) Test - kütləvi test müayinəsi. 2) Trace - xəstəlik tapılanların və onlarla kontaktda olanların müşahidəsi 3) Treatment - dərhal müalicəyə başlamaq. Hətta ciddi əlamətlər olmasa belə.

İndi gəlin nəticələrə baxaq.

Azərbaycanda bu günə kimi cəmi 2.241.908 test aparılıb, onlardan 222.885 xəstə aşkar olunub. (Təqribən 10 testə 1 xəstə), Belarusiyada isə 4.114.543 test aparılıb və 208.601 xəstə aşkar olunub. (20 testə bir xəstə). Yəni Belarusiyada daha çox test müayinəsi aparılıb. Azərbaycanda 2845 nəfət, Belarusiyada isə 1498 nəfər dünyasını dəyişib. Göründüyü kimi karantin tam sərt tətbiq olan Azərbaycanda, karantin tətbiq olunmayan Belarusiyaya nisbətən ölüm sayı xeyli azdır. Çünki Belarusiyada keyfiyyətli sanitar-epidemioloji xidmət, aparılan testlərin sayının çoxluğu vaxtsız ölümlərin qarşısını alıb.

Cənubi Korayada isə vəziyyət daha maraqlıdır. 50 milyondan çox əhalisi olan bu ölkədə cəmi 90.267 yoluxma halı olub ki, onlardan 672-si dünyasını dəyişib. Əvəzində isə 4.630.004 nəfər test müayinəsinə cəlb olunub.

Pandemiyaya cərimə ilə, polislə yox, sürətli test, keyfiyyətli dərmanlarla qələbə çalmaq olar. İnfeksiyon xəstəliklərin aradan qaldırılmasında bir qızıl qayda var. Mümkün qədər tez xəstələri aşkar edib, dərhal müalicəni təmin etməkdir. Belorusiyada bu, sanitar epidemioloji stansiyalara həvalə edildi. Bizdə də Gigiyena Epidemioloji Mərkəz adıyla sanitar epidemioloji stansiyalar var. Sadəcə mübarizədən kənar saxlandılar. Bizim kifayət qədər epidemioloqlarımız, Tibb Universitetinin infeksiyon xəstəliklər kafedrasında çalışan alimlərimiz, böyük bir Mikrobiologiya institutumuz var. Təəsüf ki, bu potensialdan səmərəli istifadə edilmədi. Gözəl alimimiz var. Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının müdiri, professor Musa Qəniyev. Bu virusun müalicəsi ilə bağlı silsilə məqalələr yazdı, gözəl elmi təhlil apararaq, xeyli tövsiyyələr verdi. İstənilən dünya aliminə dərs verər müalicə məsələləri ilə bağlı. Təəsüf edirəm ki, belə alimlərin təcrübəsindən, biliyindən istifadə etmirlər. Yadınızdadırsa pandemiyanın qızğın vaxtında Respublikanın Baş Epidemioloqunin səsi kənddən gəlirdi. Çünki onun dediklərinə fikir vermirdilər, təcrübəsindən yararlanmaq istəmirdilər. Axırda vəzifəsindən istefa verib çıxdı.

İndi qəribə bir vəziyyət yaranıb. COVİD əlamətləri olan xəstələr test verməkdən imtina edirlər. Səbəb belə göstərirlər ki, pozitiv olsa küçəyə çıxa bilməyəcəklər, haqlarında cinayət işi qaldırıla bilər. Hətta ailə üzvləri belə aptekə dərman və ya müayinə üçün gedə bilməyəcəklər. Madam ki, əlamətləri var, tanış həkimdən müalicə olunur, əvəzində öz iş güclərini davam etdirirlər. Çünki evə dərman verilmir, adam məcburdur vaxtaşırı ən azı müayinə üçün həkimə getsin. Test pozitiv olduqda isə əlavə xeyli çətinliklər yaranır. Ona görə də son dövrlər verilən test sayı kəskin azalıb. Bu isə xəstəliyin daha çox yayılmasına səbəb olur.

Nə qədər ki, virusla mübarizə diletant əllərdədir hələ çox əziyyət çəkəcəyik. Düşünülməmiş atılan hər bir addım Bumeranq kimi yenidən qayıdıb, özümüzə zərbə vurur. Sərt karantin rejiminin heç bir əhəmiyyəti yoxdur, əgər iş doqru təşkil edilməyibsə.

-Virsla mübarizə protokolumuz dünya standartlarına uyurmu?

- Xəstəxanda stasionar müalicə alanlara düşünürəm ki, əksər hallarda doğru müalicə tədbirləri görülür. Amma evdə ki xəstələrin müalicəsində vəziyyət fərqlidir. Savadlı, bu işin peşəkarını tapa bilən xəstələrin bəxti gətirir. Soruşa bilərsiz ki, bə niyə xəstəxanaya gedən xəstələr arasında ölüm faizi yüksəkdir? Ona görə ki, müalicə tədbirlərinə gecikirik, həm də çox gecikirik. Testin cavabı bir həftəyə gəlir, apteklərdə dərmanlar cətin tapılır və xəstələr tam ağırlaşdıqdan sonra xəstəxanaya yerləşdirilir. İstənilən xəstəliyin vaxtında müalicəsi daha ucuz və daha keyfiyyətlidir.

- İnsanlar arasında virusa yoluxanların sayının süni surətdə artırılması barədə çoxlu sayda fikirlər dolaşır. Bu haqda nə deyə bilərsiz?

- Mən əksini düşünürəm. Əksinə, real xəstələrin sayı statistik göstəricilərdən xeyli çoxdur. Heç də hamıdan test alınmır, bayaq dediyim kimi insanların əksəriyyəti gizlədir xəstəliyi. Üstəlik nəzərə alsaq ki, xəstələrin 80 faizi çox yüngül, demək olar ki, asimptom, yəni əlamətləri olmadan keçirir, deməli real xəstə sayı deyiləndən qat-qat çoxdur.

Son olaraq demək istərdim ki, bu gün səhiyyəmizin cənab Prezidentin dəmir yumruğuna ehtiyacı var.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »