Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin 60 milyard dollar sərvəti olan iş adamını çökdürmək istəyir
Çin 60 milyard dollar sərvəti olan iş adamını çökdürmək istəyir

“Alibaba”nın sahibi Cek Manın işləri heç yaxşı getmir. Onsuz da milyarder Çin hökuməti ilə dil tapa bilmirdi.

Üstəlik, çinli iş adamının sərvətinin həcmi azalmağa başlayıb.

Cek Ma Cek Ma

Bizimyol.info xəbər verir ki, “Alibaba”nın sahibi sutka ərzində milyardlar itirib. Dünyanın zəngin insanları haqqında çevik məlumatlar yayan “Forbes Real-Time” Cek Manın dekabrın 24-də 3.6 milyard itirdiyini açıqlayıb. Çinli milyarder dünən ən çox zərər görən insan olub.

“Alibaba”nın səhmləri cümə axşamı “Nasdaq”da 13.4 faiz dəyər itirib və 222 dollara təklif olunub. Son 6 ayda bu qədər aşağı göstərici qeydə alınmamışdı.

"Alibaba" şirkəti "Alibaba" şirkəti

Qərb mediası hesab edir ki, Çin hökuməti qarşısına “Alibaba”nın sahibini çökdürmək məqsədi qoyub. Şirkət məhz buna görə heç cür özünə gələ bilmir.

Hazırda iş adamınınsərvəti təqribən 60 milyard dollar qiymətləndirilir.

Son xəbərlər
Bütün xəbərlər »