Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı

Hazırda Rusiya ilə Türkiyə arasında rus-türk monitorinq mərkəzinin təşkili ilə bağlı danışıqlar prosesi başa çatmaqdadır. Azərbaycanla razılaşdırılaraq mərkəzin yeri müəyyənləşdirilib - Ağdamda yerləşəcək.

Virtualaz.org bildirir ki, bu barədə "Vestnik Kavkaz" məlumat verib.

Ağdamdan bir qrup türk zabiti Rusiya, Azərbaycan və Türkiyənin üçtərəfli bəyanatının şərtlərinin yerinə yetirilməsini pilotsuz təyyarələrin köməyi ilə izləyəcək. Monitorinq əsasən erməni əhalisinin yaşayış yerləri üzərində aparılacaq.

Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Qarabağda hələlik tutduğu mövqelərdə yalnız Rusiya sülhməramlıları tərəfindən onlardan ayrılmış Azərbaycan Silahlı Qüvvələri dayanacaq.

Son xəbərlər
Bütün xəbərlər »